Frank de Bur qovuldu

İngiltərənin “Kristal Palas” klubu baş məşqçisi Frank de Buru istefaya göndərib.

Astarainfo.az Qol.az-a  istinadən yaydığı xəbərə görə, buna səbəb komandanın uğursuz çıxışları olub.

London təmsilçisi mövsümün ilk 4 oyununun hamısında  məğlub olub. Turnir cədvəlinin 19-cu pilləsində qərarlaşan komanda bu mövsüm qol vura bilməyib.

Qeyd edək ki, mövsümün əvvəlindən komandanı çalışdıran hollandiyalı mütəxəsis son olaraq “Ayaks”ın baş məşqçisi olub.