Astarainfo.az  xəbər verir ki,  “Kitab Qatarı” nın növbəti ünvanı Pensər kəndi olmuşdur.

Tədbirdə Pensər, Kakalos, Şiyəkəran, Telman kənd mədəniyyət və məktəbəqədər təhsil müəssisələri iştirak edib.

Tədbiri giriş sözü ilə Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin Astara rayonu üzrə baş məsləhətçisi Şadoğlan Bayramov açmış və layihənin keçirilməsi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Daha sonra  Astara rayon MKS-nin direktoru Tural Eyvazov çıxış edərək“Kitab Qatarı” layihəsi çərçivəsində artıq ikinci tədbirin keçirildiyini bildirmiş və  hər bir insanın həyatda, mövqe qazanmasında kitabların önəmli rolu olduğunu vurğulamışdır.

Tədbirdə Pensər kənd İcra nümayəndəsi Sevil Mehrəliyeva, kənd bağça müdirlərindən İradə Nəsirova, Ofeliya Həsənova, kənd Bələdiyyəsinin sədri Nərgiz Əhmədova, uşaqların sevimli şairi İlham İlhami, kənd Folklor evinin əməkdaşlarından Bəsti Camalova, Pensər kənd kitabxana filialının müdiri Nuridə Babayeva, həkim Şirvan İsayev, kənd ağsaqqalı Abid Qəribov çıxış etmişdir. Çıxış edənlər ölkəmizdə kitabxana sahəsinin inkişafına göstərilən dövlət qayğısından, bilik mənbəyi olan kitabın əhəmiyyətindən, onun insan şüuruna, cəmiyyətin tərəqqisinə müsbət təsirindən danışıblar.

“Kitab Qatarı” layihəsi çərçivəsində Pensər kəndində keçirilmiş tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” sərəncamına əsasən nəşr olunmuş kitablar, “Xalqımızın xilaskar oğlu”, “Vətənpərvərlik müqəddəs hissdir”, “Astara yazarları”, “Bura Vətəndir”, “Göydən üç alma düşdü”, “Nağıl, sehir dolu dünyam mənim” başlıqları altında 1000-ə yaxın maraqlı kitablar sərgilənmişdir.

Layihə çərçivəsində Pensər kəndində keçirilmiş meydan tədbirində fəal iştirak edənlər rayon MKS-nin rəhbərliyi tərəfindən fəxri-fərmanla təltif edilmişdir.