Fransanın Tuluza şəhərində naməlum şəxs bıçaqla yoldan keçən insanlara hücum edib.
“Report” “Dailystar” nəşrinə istinadən xəbər verir ki, insident nəticəsində üçü polis əməkdaşı olmaqla 7 nəfər yaralanıb.
Yaralıların bir neçəsi xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən təqribən 40 yaşlı kişi polis tərəfindən saxlanılıb.