Astarainfo.az xəbər verir ki,  sentyabrın 14-də  Astara rayon İH-i başçısının 30 avqust  2017-ci il tarixli 100 saylı sərəncamı ilə Astara rayon Mərkəzi Kitabxanasında  “Əmək Yarmarkası” keçirilmişdir.

Astara Rayon Məşğulluq Mərkəzinin direktoru Zeynulla Şükürovun   Astarainfo.az-a verdiyi məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd rayonda olan əmək qabiliyyətli qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək və onların işlə təmin edilməsinə kömək göstərmək olub.

Yarmarkada Astara rayonunda fəaliyyət göstərən 23 idarə, müəssisə və təşkilatlar boş iş yerləri ilə iştirak etmişlər. Təqdim olunmuş boş iş yerlərinin sayı 238 olmuşdur. Boş iş yerləri ilə yarmarkada iştirak edən 17  dövlət müəssisəsində 212,  6 özəl müəssisədə  26 iş yeri yarmarkada iştirak edən vətəndaşlara təqdim olunmuşdur.

Yarmarkanın işində rayonun idarə, müəssisə və təşkilat rəhbərləri də, iştirak etmişlər. Təxminən 250 nəfərə yaxın işaxtaran vətəndaşlar Yarmarkada iştirak etmişdir. 45 nəfər müxtəlif ixtisas və peşə sahiblərinə idarə və müəssisələrdə, onlardan 9 nəfər  peşə hazırlıq kursu keçmiş  gənclərə  “Satıcı-nəzarətçi kassir ”  işinə düzəlməkdən ötrü göndərişlər  verilmişdir. Yarmarkaya çıxarılmış qalan boş iş yerlərinin işsiz vətəndaşlar tərəfindən tutulması Mərkəz tərəfindən nəzarətə götürülmüşdür. İşin nəticəsi barədə Dövlət Məşğulluq Xidmətinə əlavə məlumat veriləcəkdir.

Yarmarkanın işində RİHB-nin aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdür müavini Firudin Əhmədov və baş məsləhətçi Tamerlan Abdulov və Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Rəşad Əsgərli iştirak etmişlər.

 

 Astarainfo.az