Müdafiə Nazirliyinin rəhbərliyi genişmiqyaslı təlimlərin keçirildiyi bölgədəki hərbi hissəyə gələrək ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış büstünün önünə gül dəstələri qoyub və ehtiramını ifadə edib.
Bu barədə “Report”a Azərbyacan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növl
rinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümümqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələrini dinləyib. Əsas diqqət mürəkkəb dağlıq relyef və radioelektron mübarizə şəraitində kəşfiyyat, maskalanma, istehkam, atəşlə zərərvurma və digər döyüş təminatı məsələlərinə yönəldilib.
Qarşılıqlı fəaliyyətin effektivliyinin artırılması, döyüş tapşırıqlarının aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi və qərarın məruzəsindən sonra qoşunların idarə olunması üzrə müvafiq göstərişlər verilib.