Rumıniya Milli Olimpiya və İdman Komitəsinin (MOK) prezidenti Mihay Kovalyu Azərbaycana gələcək.
Bu barədə “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Rumıniya MOK-un prezidenti M. Kovalyunun özü bildirib. O, nümayəndə heyəti tərkibində sentyabrın 29-da Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illiyinə həsr olunan mərasimə qatılacağını açıqlayıb.
Qeyd edək ki, 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında, 2005-ci il dünya və 2006-cı il Avropa çempionatında qılıncoynatma növündə qızıl medal qazannış Mihay Kovalyu 2016-cı ilin noyabrında Rumıniya MOK-un prezidenti seçilib.