“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC “E.Kazımov” yedək gəmisinin tərsanə təmiri üçün açıq tender elan edir.
Bu barədə Trend-ə QSC-dən məlumat verilib.
Sorğuda iştirak edəcək fiziki və hüquqi şəxslərə qarşı əsas tələblər:
1. Təmir işlərinin təmir cədvəlinə uyğun aparılmasını təmin etmək;
2. Görüləcək təmir işlərinin keyfiyyətinə zəmanət vermək;
3. Təmir işlərinin bitməsi ilə əlaqədar tələb olunan sənədləşmə işlərinin aparılması.
İşlərin yerinə yetirilməsi müddəti 20 gün.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: qiymət, keyfiyyət, avadanlıq və texniki xüsusiyyətləri, mühafizə imkanları, istifadə və xidmət rahatlığı, analoji layihələr üzrə təcrübə, o cümlədən digər qurumlarda tətbiqi, texniki imkanlar, kadr potensialı.
Tenderdə iştirak etmək istəyənlər 250 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu aşağıdakı ünvandan ala bilərlər:
Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72. Əlaqələndirici şəxs: Hacıyeva Aytəkin Əvəz qızı, tel: (012) 498-91-84
8
Təşkilatın adı: “Bakı Beynəlxalq Dəniz Dəniz Ticarət Limanı” QSC
Bank rekvizitləri: Kapital bank 1 saylı Səbail filialı
Kod: 200059
AZ37NABZ01350100000000001944
VÖEN: 9900003611
SWIFT: AIIBAZ2X
Beneficiary name: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
Beneficiary account: AZ27AIIB33010019443500206105
VÖEN: 9900065281
Ünvan: AZ 1000, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72, telefon: (012) 599-00-03 (1401), (012) 498-91-84
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
– tenderdə iştirak etmək üçün yazılı müraciət;
– iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
– iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
– iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
– tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qalır);
– tender təklifi qiymətinin 2 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə qalır);
– müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarının lazımi texniki imkanları haqqında arayış.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 09 oktyabr 2017-ci il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 11 oktyabr 2017-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 13 oktyabr 2017-ci il saat 12.00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.