Limfa sisteminin təmizlənməsi

Limfa şəffaf rəngli hüceyrəarası mayenin sirkulyasiya edən halıdır, damarlardan sızaraq əmələ gəldiyinə görə öz tərkibi ilə qana çox yaxındır. Limfa əsasən qidalandırıcı və müdafiə funksiyaları daşıyır, hüceyrələrin qidalı maddələrlə təminatını artırır, mübadilənin artıq məhsullarını, məhv olmuş leykosit, faqosit, mikrob və virusları orqanizmdən xaric edir, immuniteti və tonusu yüksəkdir, limfatik sistemdə zülallar, maye və duzlar zərərsizləşərək yenidən qana qayıdır.

Astarainfo.az AZƏRTAC-a istinadən bildirir ki, limfa düyünləri, dalaq və ümumilikdə orqanizmin şlaklarla zəhərlənməsi və yüklənməsi nəticəsində immun sistemin qoruyucu və müdafiə funksiyası zəifləyir. Ona görə də limfa sisteminin, xüsusilə ürək-damar, böyrək sistemi xəstəlikləri olanlar, tez-tez xəstələnənlər, xroniki yorğunluqdan, dəri, endokrin sistemi və oynaq xəstəliklərindən əziyyət çəkənlər üçün təmizlənməsi olduqca vacibdir. Prosedura başlamazdan əvvəl yoğun bağırsaqlar və qaraciyər təmizlənməlidir. Limfanın təmizlənməsi nəticəsində immun müqaviməti yüksəlir, orqanizmin infeksiya və xəstəliklərə qarşı davamlığı, enerji və iş qabiliyyəti artır.

Limfanın təmizlənməsi üçün bir sıra üsullardan istifadə edilir.

Hərəsindən 900 ml təzə sıxılmış qreypfrut və portağal şirəsi, 200 ml limon şirəsi 2 litr filtrasiya olunmuş və ya dondurulub əridilmiş su ilə qarışdırırlır. Qarışığın həcmi 4 litr olmalıdır.

2 litr suya 2 xörək qaşığı alma sirkəsi qatılaraq səhər acqarına imalə edilir, sonra 100 ml suya 1 xörək qaşığı maqnezium-sulfat duzu qarışdırılıb ilıq halda içilir və bundan sonra isti duş qəbul edilir. Duz məhlulunun qəbulundan yarım saat sonra sitrus meyvələrindən hazırlanmış 200 ml şirə qəbul edilir, daha sonra hazırlanmış şirə qurtarana qədər hər 30 dəqiqədən bir 100 ml qəbul edilir. Təmizləmə 3 gün aparılır və prosedur zamanı orqanizmdən 10-12 litrə yaxın toksiki limfa xaric olunaraq yenisi ilə əvəz olunur. Həmin müddətdə başqa qida qəbul edilmir. 3 gündən sonra tərəvəz şirələri və çiy halda tərəvəz, daha sonra sıyıqlar yemək, 2-3 gündən sonra isə normal qidalanmaya keçmək olar.

Proseduru appendisit, sitrus meyvələrinə qarşı allergiya və şəkərli diabet xəstəliyi zamanı aparmaq məsləhət deyil.

Hər birindən 2 kiloqram çuğundur, yerkökü, nar, quşüzümü və limonun ayrılıqda şirəsi sıxılır, qarışdırılır, üzərinə 2 kiloqram bal əlavə edilərək soyuducuda saxlanır. Alınan qarışıqdan 50 ml eyni miqdarda isti su ilə qarışdırılaraq səhər acqarına qəbul edilir. Prosedur 10 gün aparılır, 5 gün fasilə verəndən sonra qarışıq qurtarana qədər davam etdirilir və onun ildə iki dəfə – yaz və payız aylarında aparmaq məsləhətdir.

81 ədəd limon qabıqları ilə birlikdə sürtgəcdən keçirilir, üzərinə 0,5-1 kiloqram bal əlavə edilərək yeyilir. Limonların sayı günlərə uyğun olaraq artırılır. Birinci gün 1, ikinci gün 2, üçüncü gün 3 və nəhayət ardıcıllıqla 9 limona çatanda hər gün 1 limon azaldılaraq müalicə davam etdirilir. Prosedurun ilk günündə bağırsaqları şlaklardan təmizləmək üçün təmizləyici, sonra isə günaşırı imalə edilir.

Prosedur 17 gün davam edir və qidalanma adi qaydada aparılır.

Təzə və yuyulmuş dəmrovotu ətçəkən maşından keçirilir, tənzif parçadan süzülür. 450 ml dəmrovotu şirəsi üzərinə 70 ml 96 faizli spirt əlavə edilərək soyuducuda saxlanır. Səhər yeməyindən əvvəl 1, günorta yeməyindən əvvəl 2, axşam yeməyindən əvvəl 3 damcı olmaqla qəbul 15 damcıya çatana qədər artırılır, sonra mütəmadi olaraq damcıların sayı günbəgün azaldılaraq 1 damcıya çatdırılır.

Quru zəncəfil qəhvəüyüdəndə üyüdülür, gündə 3 dəfə 2 qram qəbul edilir. Doğranaraq xırdalanan 1 çay qaşığı təzə zəncəfil kökü üzərinə 200 ml qaynar su əlavə edilir, 15-20 dəqiqə dəmlənilərək içilir.

Milli.Az