Bakıda universitet tələbəsi müəmmalı şəkildə dünyasını dəyişib.
Astarainfo.az Report-a istinadən xəbər verir ki, Xaçmaz rayon Susayqışlaq kənd sakini, 1997-ci il təvəllüdlü Məmmədova Minarə Bakıda kirayə qaldığı evdə dünyasını dəyişib.
Yaxınlarının verdiyi məlumata görə, qızın ürəktutmasından ölməsi ehtimal olunur.
Minarə Məmmədova Azərbaycan Texniki Universitetinin Radiotexnika və Rabitə fakültəsinin 3-cü kurs tələbəsi olub.