Bu gün futbol üzrə Avropa Liqasının ikinci tur oyunlarına start veriləcək.
Astarainfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, turun ilk oyunu Qazaxıstanda “Astana” klubu ilə Çexiyanın “Slavia” komandası arasında olacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Avroliqada çıxış edən Türkiyə təmsilçiləri isə Portuqaliya klubları ilə qarşılaşacaqlar. “Konyaspor” doğma meydanında “Gimaraynş” klubu ilə, “Başakşəhər” isə səfərdə “Braqa” ilə üz-üzə gələcək.
“A”, “B”, “C”, “D”, “E” və “F” qruplarında keçiriləcək görüşlər Bakı vaxtı ilə saat 23:05-də başlayacaq. “G”, “H”, İ, “J”, “K” və “L” qruplarındakı oyunlar isə saat 21:00-da start götürəcək.
Turun digər görüşləri aşağıdakılardır:
“A” qrupu
“Astana” (Qazaxıstan) – “Slaviya” (Praqa, Çexiya)
“Makkabi” (Təl-Əviv, İsrail) – “Vilyarreal” (İspaniya)
“B” qrupu
“Partizan” (Serbiya) – “Dinamo” (Kiyev, Ukrayna)
“Skenderbeu” (Albaniya) – “Yanq Boyz” (İsveçrə)
“C” qrupu
“Lüdoqorets” (Bolqarıstan) – “Hoffenhaym” (Almaniya)
“Braqa” (Portuqaliya) – “Başakşehir” (Türkiyə)
“D” qrupu
AEK (Afina Yunanıstan) – “Austria” (Avstriya)
“Milan” (İtaliya) – “Riyeka” (Xorvatiya)
“E” qrupu
“Everton” (İngiltərə) – “Apollon” (Kipr)
“Lion” (Fransa) – “Atalanta” (İtaliya)
“F” qrupu
“Lokomotiv” (Rusiya) – “Zlin” (Çexiya)
“Şerif” (Moldova) – “Kopenhagen” (Danimarka)
“G” qrupu
“Viktoriya” (Çexiya) – “Hapoel” (İsrail)
“Luqano” (İsveçrə) – “Styaua” (Rumıniya)
“H” qrupu
“Köln” (Almaniya) – “Srvena Zvezda” (Serbiya)
“BATE” (Belarus) – “Arsenal” (İngiltərə)
“İ” qrupu
“Zalsburq” (Avstriya) – “Marsel” (Fransa)
“Konyaspor” (Türkiyə) – “Gimaraynş” (Portuqaliya)
“J” qrupu
“Atletik” (Yunanıstan) – “Zarya” (Ukrayna)
“Ostersun” (İsveç) – “Herta” (Almaniya)
“K” qrupu
“Latsio” (İtaliya) – “Sulte Varegem” (Belçika)
“Nitsa” (Fransa) – “Vitess” (Hollandiya)
“L” qrupu
“Rusenborq” (Norveç) – “Vardar” (Makedoniya)
“Zenit” (Rusiya) – “Real Sosyedad” (İspaniya)