Quranda adı çəkilən faydalı qidaları tanıyaq – SİYAHI

Dietoloq Murad Topoğlu Qurani-Kərimdə adı keçən və insan orqanizminə faydalı qidaları açıqlayıb.

Metbuat.az Türkiyə mediasına istinadla, həmin qidaları təqdim edir:

Xurma

Mədəaltı vəzdə insulin ifrazını təmin edərək şəkərin səviyyəsini qoruyur. Doğuşun asan keçməsini təmin edir.

Bal

Tərkibində fruktoza və qlükoza kimi təbii şəkərlər var. Bununla yanaşı, maqnezium, kalium, kalsium, kükürd, dəmir və fosfor kimi minerallar, B1, B2, B3, B5, B6 və C vitaminləri ilə zəngindir. Həzmi asanlaşdırdığı üçün bağırsaqların və böyrəklərin fəaliyyətini yaxşılaşdırır.

İlıq su ilə qarışdırıb içildiyi zaman 7 dəqiqədə qana qarışır. Bu da beynin çalışmasını sürətləndirir. Qan yaradır.

Zeytun və zeytun yağı

Zeytun yağı ürək damarlarını qoruyur və qidalandırır. Sinə xərçənginin qaşısını alır. Xolestrolu aşağı salır və damarların daralmasını əngəlləyir. Təbii antioksidantdır.

Sirkə

Həzmi və maddələr mübadiləsini sürətləndirir. Çəki atmaqda olduqca faydalıdır. Qidaların mədə turşusu tərəfindən parçalanmasını və nazik bağırsağa keçidini sürətləndirir. Beləcə, nazik bağırsağı təmizləyir. Ağızda qarqara edilsə, mikrobları öldürərək infeksiyaların yaranmasının qarşısını alacaq.