Kartof bir çox ölkədə sevilən bir tərəvəzdir. Bizim ölkəmizə Cənubi Amerikadan gəlmişdir. Kartof, sevilməsinin yanında bir çox müalicəvi xüsusiyyəti də ehtiva edir. Hətta bu müalicəvi xüsusiyyətlər tibb dünyasının da diqqətini çəkmişdir və tibb sahəsində kartofdan faydalanıblar.
Astarainfo.az deyerler.org-a istinadən bildirir ki, son illərdə edilən araşdırmalara görə, kartof şirəsinin içərisində olan turşular, minerallar və fermentlər sağlamlığımıza olduqca faydalıdır.
Kartof suyu həzm sistemimizin düzgün işləməsini təmin edir. Mədəmizdə xoranın meydana gəlməsini azaldır. Əgər məqsədiniz xoranı azaltmaqdırsa, qırmızı kartof suyunu istifadə etməyinizi tövsiyə edə bilərik.
Qırmızı kartofları yaxşıca yuyub quruladıqdan sonra, doğranıb suyu çıxarılmalıdır. Əldə edilən su xoraya qarşı mükəmməl təsir göstərir. Ancaq diqqət etməniz lazım olan hal, köhnə və qara nöqtəli kartof olmamasıdır. Çünki onlar ümumiyyətlə zəhərli maddələr ehtiva edirlər. Kartofun faydaları bununla da bitmir. Əgər revmatizmlə əlaqəli oynaq ağrıları və bel problemləri yaşayırsınızsa, kartof suyu buna da yaxşı təsir edəcək. Hətta yalnız balla qarışdırılmış çiy kartof suyunu içmək, qida zəhərlənməsinin qarşını alır. Bundan əlavə, bu maye baş ağrısını azaldır. Mütəxəssislər kartof suyundan bol-bol istifadə etməyi məsləhət görürlər.