Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin İraqın kürd muxtariyyətində baş verən son hadisələri müzakirə ediblər. APA-nın xəbərinə görə, bu barədə Putin Ərdoğanla danışıqlarının yekunları ilə bağlı mətbuata açıqlamasına bildirib.
“Sözsüz , İraqın kürd muxtariyyətində keçirilən müstəqillik referendumu ilə bağlı son vəziyyəti də müzakirə etdik. Rusiyanın prinsipial mövqeyi bəllidir – bu mövqe Rusiya XİN-nin bəyanatında öz əksini tapıb. Bu gün biz cənab prezidentlə bu barədə ətraflı danışdıq”, – deyə Putin qeyd edib.