Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Toyota” və “Mazda” şirkətləri, həmçinin avtomobil hissələri hazırlayan “Denso” şirkəti elektromobil istehsalını sürətləndirmək üçün yeni müəssisə yaratmaq barədə razılığa gəliblər.
Cari ilin avqustunda “Toyota” və “Mazda” şirkətləri birlikdə elektromobillərin istehsalı üçün maliyyə vəsaitlərini birləşdirmək barədə razılığa əldə etmişdilər. Həmin iki şirkət istehsalı sürətləndirmək məqsədilə “Denso” şirkətini də bu layihəyə cəlb etməyi qərara alıblar.
Yeni müəssisə tərəfindən müxtəlif avtomobil modelləri, o cümlədən az yanacaq işlədən avtomobillər və yük maşınları üçün onların kütləvi istehsalına başlanacağı təqdirdə ehtiyat hissələrinin buraxılması nəzərdə tutulur.