Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) dəmir yolunda Dövlət Baytarlıq Nəzarəti İdarəsinin Gəncə nəqliyyat baytarlıq-sanitariya sahəsinin inzibati binasının əsaslı təmirinin yerinə yetirilməsi işlərinin satın alınması məqsədilə açıq tender elan edib.
“Report”un dövrü mətbuata istinadən verdiyi məlumata görə, tenderdə iştirak haqqı 250 manat təşkil edir.
Tender bir lot üzrə (Gəncə nəqliyyat baytarlıq-sanitariya sahəsinin inzibati binasının əsaslı təmiri) üzrə keçirilir. Tender iştirakçıları öz təkliflərini 30 oktyabr saat 17:00-a kimi Tender Komissiyasına təqdim etməlidirlər.
Təklif zərflərinin açılışı 31 oktyabr saat 16:00-da DBNX-də (Bakı şəhəri, Binəqədi rayonu, VIII mkr, 3123-cü məhəllə) keçiriləcək/