Sabirabadda avtomobil piyadanı vurub öldürdü

Sabirabadda piyadanın ölümü nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 Astarainfo.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Hacıqabul-Bəhramtəpə magistral yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində, Nizami kəndi ərazisində baş verib.

“Mercedes” markalı minik avtomobili  yolu keçən Nizami kənd sakini 1953-cü il təvəllüdlü  Məmmədov Ramiz Allahverən oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Hadisə ilə bağlı araşdırma aparılır.