Ali Radanın işində fasilə yarandı – Yanğınsöndürənlər çağırıldı

Bu gün Ukrayna Ali Radasının işində qısamüddətli fasilə yaranıb.

Astarainfo.az Trend-ə istinadən xəbər verir ki, buna iclas keçirilən zaman zaldakı tüstülənmə səbəb olub.

Ali Radanın vitse-spikeri iclası yarımçıq saxlayaraq 15 dəqiqəlik fasilə elan edib və bildirib ki, yanğınsöndürənlər zala çağrılıb.

Tüstülənmənin qarşısı alındıqdan sonra parlamentin işi bərpa olunub.

İnsidentlə bağlı məlumatda qeyd olunur ki, səsvermə pultlarının birində qısaqapanma olub və nəticədə tüstülənmə başlayıb.