Naxçıvan Muxtar Respublikasında yeni publik hüquqi şəxs yaradılıb.
Astarainfo.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda Naxçıvan MR-nın Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb. Sərəncama görə MR-nın Stomatoloji Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Stomatoloji Mərkəzə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Səhiyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla Stomatoloji Mərkəzin istifadəsində olan əmlak və avadanlıqlar publik hüquqi şəxsin balansına veriləcək.