Azərbaycan yenidən mötəbər yarışa ev sahibliyi edəcək.
Astarainfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakıda oktyabrın 18-21-də kişilər və qadınlar arasında grappling və grappling-gi idman növləri üzrə dünya çempionatı keçiriləcək.
Turnirdə 25-ə yaxın ölkədən uşaq, yeniyetmə, gənc və veteran idmançılar iştirak edəcəklər.