Astarainfo.az Turizm.az- a istinadən bildirir ki, Londona səfər edən qonaqlara qeyri-adi “Travelodge” otelində qalmaq imkanı verilir. Otelin qeyri-adi cəhəti ondan ibarətdir ki, onun hazırlanmasında dəniz konteynerlərindən istifadə olunmuşdur. Onu da qeyd edək ki, otelin bu xüsusi özəlliyini bilməyən biri onu xarici görünüşünə görə digər otellərdən heç nə ilə fərqləndirə bilməz.

Otelin yaradılmasında istifadə olunan dəniz konteynerləri Çindən gətirilmişdir. Onların içərisində isə vanna otaqlarının və elektrik rozetkalar üçün dəliklərin olduğu hazır interyerə rast gəlmək mümkün idi. Maksimum 100 nömrədən ibarət olan otel cəmi 30 həftə ərzində yaradılmışdır.