Braziliyanın Minas Geris kəndində fəaliyyət göstərən uşaq evi yandırılıb.

Publika.az xəbər verir ki, gecə saatlarında baş verən hadisə nəticəsində 6 uşaq yanaraq həlak olub. 40 nəfərdən çox uşaq ağır dərəcəli yanıq xəsarətləri alıb.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub. Yaralılar isə kəndin yaxınlığındakı xəstəxanaya aparılıb.

Yanğının bilərək törədildiyi iddia edilir. Hadisəni törədənin kimliyini müəyyənləşdirmək istiqamətində işlər aparılır.