İspaniyanın Kataloniya muxtar vilayətinin rəhbəri müstəqillik üçün geri addım atmayacaqlarını bildirib.
Astarainfo.az”Ölkə.Az”-a istinadən xəbər verir ki, xalq çərşənbə günü müstəqillik elan ediləcəyini açıqlayıb.
Puçemont tək tərəfli müstəqillik elan edəcəklərini bildirib: “Biz bunu tək tərəfli müstəqillik elanı adlandırmırıq. Biz müstəqilliyimizi elan edirik. Bu, qanunlarda var və qanunu tətbiq edəcəyik”.
İspaniya hökuməti ilə uzun müddətdir heç bir dialoqun olmadığını qeyd edən Puçemont deyib: “Çünki onlar bu mövzunu müzakirə etmək istəmirlər. Xoşlarına gələr ya gəlməz, Kataloniyada baş verənlər reallıqdır. Milyonlarla insan referendumda iştirak edib. Bu insanlar gələcəkləri mövzusunda qərar vermək istəyirlər. Niyə insanlar səfərbər oldu? İspaniya hökuməti başqa nə deyəcəyimizi zənn edir? Hamı səmimi olmalıdır. Kataloniyanı müzakirə etməliyik”.