Latınca “hibiscus” adlanan və ölkəmizdə Məkkə gülü və karkade adı ilə tanınan çayın faydaları saymaqla bitmir.
Qaynarinfo.az xəbər verir ki, C vitamini ilə zəngin olan bu bitki Ərəbistan, Meksika, Cənubi Amerika kimi isti yerlərdə bitir.
Faydaları
Qan təzyiqini aşağı salan, qanı duruldan bu çay immuniteti gücləndirmək üçün olduqca faydalıdır. Karkade çayı xolesterolu aşağı salır, qanda şəkərin miqdarını tənzimləyir, çəki atmağa kömək edir və həzm prosesini asanlaşdırır, qaraciyər, böyrək və ürək xəstəlikləri ilə mübarizə aparmaq üçün istifadə olunur, həmçinin xərçəngin, xüsusilə mədə xərçənginin qarşısını alır. Antioksidantlarla zəngin olan Məkkə gülündən soyuqdəymə zamanı, qrip, boğaz ağrısına qarşı istifadə olunur. Son araşdırmalar göstərir ki, gündə 2 stəkan karkade çayı içən şəxslərdə 1 ay sonra təzyiq, xalesterol səviyyəsində ciddi irəliləyiş baş verir.
Zərərləri
Karkade çayı hamilələrə, uşaq əmizdirən qadınlara, turşuluq səviyyəsi yüksək olduğu üçün mədə və öd problemi olanlara məsləhət görülmür.
Karkade çayı necə hazırlanır?
İsti suya bir miqdar əlavə edərək, həmçinin zəncəfil, yaşıl çay, qara çayla qarışdırılaraq hazırlana bilər. Turş dadı olan bu çayı həm isti, həm də soyuq içmək mümkündür.