ABŞ millisi 32 ildə ilk dəfə olaraq dünya çempionatına çıxa bilməyib

Futbol üzrə Dünya çempionatı 2018-in Şimali və Mərkəzi Amerika zonası üzrə təsnifat mərhələsində ABŞ yığması səfərdə Trinidad və Tobaqo millisinə 1:2 hesabı ilə məğlub olub.

Bu məğlubiyyət Birləşmiş Ştatlar millisini “play-off” matçı vasitəsi ilə dünya çempionatına çıxmaq şanslarından məhrum edib.

Brüs Arenin yetirmələri öz qrupunda 5-ci yeri tutaraq 1986-cı ildən bu yana ilk dəfə olaraq dünya çempionatını buraxmalı olacaqlar./“Report”/