Astarada YAP-ın 25 illiyi ilə əlaqədər ərazi ilk Partiya Təşkilatının Yubiley tədbiri keçirilib

Astarainfo.az xəbər verir ki, oktyabrın 12-də  Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə əlaqədar  Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı Astara Heydər Əliyev Mərkəzinin Ərazi ilk Partiya təşkilatının Yubiley tədbiri keçirilmişdir.
 Tədbiri giriş sözu ilə Astara rayon İcra Hakimiyyətinin başçının müavini -humanitar və içtimai-siyasi şöbəsinin müdiri Yasəmən Rəsulova açıq elan etmiş, Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sukutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
 Tədbirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının məsul əməkdaşı Rübabə Bağırova mövzu ilə bağlı geniş məruzə etmişdir.
Bildirmişdir ki, 25 il bundan öncə Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası həmişə öz məqsəd və amalına sadiq qalan, qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirən güclü bir siyasi təşkilatdır.
Ümummilli Lider Heydər Əliyev partiyanı yaradərkən, təşkilatın məqsəd və məramını müəyyənləşdirərkən gənclərin qüvvəsindən istifadə edilməsini, onlara diqqət və qayğını, eyni zamanda təhsili əsas amil kimi ön plana çəkmişdir.Bu gün öz sıralarında təxminən 800 min məsləkdaşı birləşdirən Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü və ən nüfuzlu siyasi təşkilatıdır.
  Ümummilli Lider Heydər Əliyevin yaratdığı, təşkilatlandırdığı, qurduğu Yeni Azərbaycan Partiyası Ulu Öndərimizin müdrik dövlətçilik kursunun ən layıqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyatımızın bütün sahələrində uğur və nailiyyətlər qazandığını vurğulamışdır.
  Tədbirdə Regionların sosial – iqtisadi inkşafi ilə əlaqədar Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova   geniş məruzə etmişdir.
  Bildirmişdir ki, regionların sosial-iqtisadi inkşafına dair Dövlət Proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrinin siması tamamilə dəyişmiş, kənd yolları asfatlaşdırılmış, rayonların ucqar kəndləri belə qazlaşdırılmış, yaşayış məntəqələri içməli su ilə təmin olunmuş, rabitə sistemi yüksək səviyyədə  qurulmuş və demək olar ki, şəhərlə kənd arasındakı fərq aradan qaldırılmışdır.
Regionlarda ən müasir tələblərə cavab verən yeni iş yerlərinin açılması, qeyri-neft sektorunun inkşafı, daha çox valyuta gətirən strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün bütün imkanlardan isatifadə edilməsi əhalinin məşğulluğunu daha da artırmışdır.
 Müasir Azərbaycanın qurucusu, Ümummilli lider  Heydər Əliyevin əsasını qoyduğu strategiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, bütün sahələr üzrə köklü islahatlar aparılmış, davamlı sosial-iqtisadi inkşafın möhkəm təməli yaradılmışdır.
 Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkşafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Astara rayonunda mühüm infrastruktur layihələri həyata keçirilib, o cümlədən Modul tiplli Elektrik və Qaz-Kompressor stansiyaları, Olimpiya İdman Kompleksi, Dövlət Bayrağı Meydanı, Heydər Əliyev Mərkəzi, Gənclər evi, Boks Mərkəzi, dənizkənarı park-bulvar kompleksi, əlil və şəhid ailələri üçün 48 mənzilli 2 yaşayış binası inşa olunub, 90 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət evi əsaslı təmir edilib, təhsil və digər sosialyonümlü obyektlər istifadəyə verilib, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılib, iri emal müəssisələri yaradılıb, 10 mindən çox yeni iş yeri açılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb.
 Tədbirdə Astara rayon Sığorta filialının direktoru İlhamə Həşimova, Astara rayon Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Cavid Orucov, Astara rayon Bələdiyyəsinin sədri Aygül Məmmədova, Astara Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova  çıxış etmişlər.
 

Elza Kazımova

Astarainfo.az