Polşanın xarici işlər naziri Vitold Vaşikovski oktyabrın 18-də Azərbaycana səfər edəcək.
Astarainfo.az xəbər verir ki, “Report”un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, birgünlük səfər çərçivəsində onun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənir.
Görüşlər zamanı iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, o cümlədən siyasi və iqtisadi sahələrdə perspektivlər müzakirə ediləcək.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...