Bu gün Avropa Liqasının III təsnifat mərhələsində cavab oyunları davam edəcək. Apasport.az saytının məlumatına görə, mübarizəni bu turnirdə davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qəbələ” də meydana çıxacaq.
Əyalət klubu evdə Yunanıstan “Panatinaikos”u ilə görüşəcək.
Bir həftə əvvəl səfərdə 0:1 hesabı ilə məğlub olan Roman Qriqorçukun yetirmələri 8-ci km qəsəbə stadionunda mütləq qələbə qazanmalıdı. Son iki ildə qrup mərhələsinin iştirakçısı olan “Qəbələ” pley-offa yüksəlmək üçün ən azı 2 top fərqilə sevinməlidi.
Qapısını toxunulmaz saxlasa, komandamıza minimal hesablı qələbə isə görüşün penaltilər seriyasına qədər sürməsi üçün yetərli olacaq. Lakin oyunsonrası lotereyada bəxtini sınamamaq üçün 2 top fərqli qələbə zəruridi.
2 il əvvəl “Panatinaikos”u pley-offda səfər qolu ilə keçən (0:0,2:2) “qırmızı-qaralar” evdəki uğurlu seriyasını davam etdirməyə çalışacaq. Son 8 ev matçını qolsuz tərk etməyən “Qəbələ” afinalıların da qapısına yol tapmağa iddialıdı. Son iki mövsümdə qonaqların quru oyun keçirməsinə imkan verməyən təmsilçimiz qol vurmaqla yanaşı, qapısının toxunulmazlığını da düşünməyə məcburdu. Çünki buraxılacaq qol komandanın işini xeyli çətinləşdirəcək.
Qazanılacaq qələbə də “qırmızı-qaralar” üçün əlamətdar olacaq. Avrokuboklar tarixində 9 dəfə qalib gələn təmsilçimiz 10-cu uğurunun astanasındadı. Yubiley qələbəsi ilə mərhələ adlayacaq komandamız tarixində 3-cü dəfə qrupda oynamağa bir adım da yaxınlaşacaq.
Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
3 avqust
21:00. “Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan)
Baş hakim: Kreyq Pauson
Baş hakimin köməkçiləri: Li Betts, Adam Nunn
Dördüncü hakim: Kevin Friend (hamısı İngiltərə)
Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)
UEFA nümayəndəsi: Aloyziye Şupraha (Xorvatiya)
Bakı. 8-ci km qəsəbə stadionu
İlk oyun – 0:1
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...