2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 50 milyard manatdan çox təşkil edib.
Trend Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azdır.
Adambaşına düşən ÜDM təxminən 5,15 min manat təşkil edib.
Bu ilin yanvar-sentyabr aylarında ölkənin qeyri-neft sektorunda istehsal olunan ÜDM-nin həcmi 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artıb. Neft-qaz sektorunda isə 6,5 faiz azalma müşahidə edilib.
Azərbaycanda ÜDM-nin 40,2 faizi (20,11 milyard manat) sənaye sahəsində, 8,67 faizi (4,34 milyard manat) tikinti sahəsində, 5,9 faizi (2,96 milyard manat) kənd, meşə və balıqçılıq təsərrüfatlarında formalaşıb.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...