Ştanq qaldırır, 50 kiloqramlıq daşlarla ayaq, qantellərlə qol hərəkətləri edir. Paytaxt sakini 23 yaşlı qadın, 8 aylıq hamilə olmasına baxmayaraq idman hərəkətlərini rahatlıqla edir.

 Astarainfo.az-ın Xəzər TV-yə istinadən verdiyi məlumata görə, hamiləliyin son həftələri olmasına baxmayaraq o, bütün hərəkətləri rahatlıqla edir.

Onun vəziyyətində olan qadınların bir çoxu yatmağa, istirahətə üstünlük versələr də, o isə, istirahəti idmanda görür.

3 il idman müəllimi işləyən Aylinin sözlərinə görə o etdiyi bütün hərəkətlərini həkimi ilə məsləhətləşir. Bəzi idman hərəkətləri istisna olmaqla trenajordakı bütün variantları gündəlik istifadə edir.

Aylin ilk hamiləliyi olmasına baxmayaraq idmanla bərabər proteinlərdə qəbul edir.

Ginekoloqlarda hamiləlik zamanı idmanın müsbət tərəflərinin olduğunu bildiririlər. Sadəcə burda bəzi məqamlara diqqət etmək lazımdır.

O ki, qaldı protein məsələsinə həkimlər bunu o qədərdə məqbul hesab etmirlər.