Alimlər pişikləri quşları məhv etməkdə ittiham edirlər

Avstraliya da ev pişikləri hər gün milyondan çox quş, o cümlədən bu gün tükənmək üzrə olan 71 xüsusi növ lələkli məhv edirlər.
Metbuat.az-ın məlumatına görə, bu barədə “Biological Conservation” elmi jurnalında dərc olunan məqalədə qeyd olunur.
 Çarlz Darvin Universitetindən Con Voynarski yazır: “Hamımız bilirik ki, pişiklər daim quşları məhv edir, lakin biz göstərdik ki, bütün qitə səviyyəsində onların ölümü təsəvvür edə bildiyimizdən də çoxdur. Pişiklər quşların bir çox növünün azalmasına birbaşa təsir göstərirlər”.

Alimlər quşların xilası üçün “pişiksiz zona” yaratmağı təklif edir.

Qeyd edək ki, bu gün dünyada insanlarla yanaşı, pişik, it, mal-qara və quşlar da çoxluq təşkil edir. Məsələn, təkcə ABŞ-da 163 milyona yaxın ev pişiyi və iti yaşayır.