Asfiksiya kəskin tənəffüs çatışmazlığının ən ağır formasıdır. Bu zaman orqanizmə oksigen daxil olmur və karbon qazı xarici mühitə verilmir. Asfiksiyanın əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardır:
* tənəffüs yollarının sıxılması, mənfəzinin şiş toxuması və ya yad cisimlə tutulması
* ağciyərlərə maye dolması
– suda boğulan adamların ağciyərlərinə su dolduqda
– dölün tənəffüs yoluna dölyanı maye dolduqda
* qırtlağın iltihab nəticəsində daralması
* tənəffüs əzələlərinin iflici
* toxuma tənəffüsünün pozulması.
Day.Az immunitet.az-a istinadən bildirir ki, asfiksiya zamanı hipoksiya, hiperkaphiya və asidoz müşahidə edilir.
Asfiksiyanın inkişaf etməsi 4 mərhələdə gedir. Birinci mərhələdə təngnəfəslik müşahidə edilir, arterial təzyiq yüksəlir, ürək vurğuları sürətlənir. İkinci mərhələdə ekspirator təngnəfəslik meydana çıxır, təzyiq yüksəlir, sinir sisteminin fəallığı artır.