Mütəxəssislər deyir ki, əncir, qoz və balı birlikdə istifadə etdiyiniz zamanı faydası ana südünə bərabərdir.
Metbuat.az xəbər verir ki, yüksək miqdarda vitamin, protein və mineralla zəngin olan quru əncir hüceyrələri yeniləyir, xolestrolun qana qarışmadan atılmasını təmin edir.
Qripə qarşı da məsləhət görülən əncirin faydaları saymaqla bitmir.
Quru ənciri, qoz və balla qarışdırıb yeyəndə afrodizyak (cinsi əlaqə isitəyini artıran maddə və yeməklərə verilən ad) təsir göstərir. Cinsi istəksizlik yaşayanlara yardımçı olur. Quru əncir həzmi asanlaşdırır. Maddələr mübadiləsini sürətləndirir.
55 yaşdan yuxarı insanların göz xəstəliyi olan sarı nöqtədən qorunmaq üçün mütəmadi quru əncir yeməsi məsləhət görülür.
Həmçinin, quru əncir təzyiqi tarazlayır. Dərini gözəlləşdirir.