Müstəqil audit və vergi məsləhətləri firması “Grant Thornton”nun İngiltərədə Kibertəhlükəsizlik məsələləri üzrə direktoru Manu Sharma kibertəhlükəsizliyin dünya bazarındakı həcminin 2020-ci ilə qədər 161,3 milyard dollar olacağını bildirib.
A24.Az xarici mətbuata istinadən xəbər verir ki, Manu Sharma verdiyi açıqlamada dünyada əksər şirkətlərin, bank və təşkilatların online ticarət etdiklərini, insanların artıq mağazalara getmək istəmədiyini bildirib.
O “İnsanlar artıq onlayn şəkildə alış-veriş etmək istəyir və bazar böyüyür. Bir çox iş yerləri online sistemə keçib. Yerli konsepsiya artıq qloballaşıb. Hər zaman və hər yerdə artıq giriş təmin olunur”, – deyə söyləyib.
Gələcəkdə soyuducular, qızdırıcılar, qapılar, avtomobillər də daxil olmaqla hər şeyə texnologiya tərəfindən nəzarət ediləcək. Sürücülər az maşın sürəcək, qatarlar az maşinist tərəfindən istifadə ediləcək. İnsanlar bunu servis olaraq gözləyəcəklər. Bu da eyni zamanda kibertəhlükəsizliklə bağlı narahatlıqları artıracaq. Məsələn, insanlar az maşın sürəcəklər. Kiberterrorçular hücum edərək qəza və ya tıxaca səbəb ola bilərlər.
Sharma kiberhücumun dünyanın hər hansı bir yerində ola biləcəyini vurğulayaraq “Məsələn, Vyetnamdan bir kiberterorçu Türkiyədə bir hücum edə bilər. Ona görə də kibertəhlükəsizlik bazarı yerli deyil, qlobaldır”, – deyə əlavə edib.
Türkiyənin texnologiya sahəsində öncə olduğunu, böyük nüfuza sahib olduğunu və hər kəsdə smartfon telefonlar olduğunu vurğulayan Sharma İstanbulun Londondan heç bir fərqi olmadığını, burada hər şeyin texnoloji olaraq yüksək səviyyədə olduğunu bildirib.
O, hər bir ölkənin kibertəhlükəsizlik hücumları başlatdığını və ya əsasən özünü müdafiə etdiyini deyərək bunları qeyd edib:
“Dünyada ən böyük kibertəhlükəsizlik müharibə Amerikadadır. Ondan başqa Çin, Rusiya və Avropa… Bu cür hücumlar həm bizə, həm də bütün ölkə iqtisadiyyatını də təsir göstərir. London, Nyu-York, Tokio kimi şəhərlər dünyanın maliyyə paytaxtlarlarıdır. Kimsə kiber hücum ilə bütün maliyyə sisteminə təsir göstərə bilər. Artıq hər şey elektron formada olur. Biri kiber hücuma başlasa, saniyələr içində milyardlarla funt sterlinqi təmizləyə bilər. Bu da o ölkədə müharibəyə səbəb olar. Məsələn, kiberterrorçular yol lampalarını sıradan çıxararaq avtomobilləri dayandıra bilər”.