Nəcməddin Sadıkov Amerikaya getdi

Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ABŞ-a gedib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Telegraf.com-a verilən məlumata görə, Nəcməddin Sadıkov oktyabrın 24-də Vaşinqton şəhərində “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” mövzusunda Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak edəcək.