Qazaxıstan Prezidenti Nursultan Nazarbayev oktyabrın sonunda Azərbaycana səfər etməyi planlaşdırır.
“Report”un diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, N.Nazarbayev oktyabrın 30-də Bakıda keçiriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimində iştirak edəcək.
Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolu şəbəkələrini birləşdirəcək nəqliyyat dəhlizidir.
Əvvəllər xəbər verildiyi kimi, açılışda həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili da iştirak edəcək.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...