NASA Günəş tutulması zamanı Ayın kölgəsini müşahidə etmək üçün kosmosa iki bombardmançı göndərəcək.

Astarainfo.az Publika.az -a istinadən xəbər verir ki, NASA alimləri tutulma zamanı Günəşin xarici qatının temperaturu ilə ulduzların səthindəki temperatur arasındakı fərqi müəyyən etmək üçün iki ədəd modifikasiya olunmuş “WB-57F” bombardmançı təyyarələri göndərəcək.

Pilotlar xüsusilə Ayın kölgəsində hərəkət edəcək. Astronomik hadisəni daha dəqiq müşahidə etmək üçün təyyarələrə xüsusi kameralar və bir neçə kiçik həcmli teleskoplar yerləşdiriləcək.

160 saniyə müddətində davam edən proses Yer kürəsinin hərəkətsiz səthindən 3 dəqiqə daha uzun müşahidə ediləcək. Ayın kölgəsinin saatda təxminən 4 min kilometr\saat sürətlə hərəkət etdiyini nəzərə alsaq qazanılan 3 dəqiqə elə də çox deyil.

Nəticələr NASA-nın rəsmi səhifəsində paylaşılacaq.