Son iki ildə müalicə kursu keçən C hepatiti xəstələrinin sayı üç milyon artıb. Təkcə keçən il 2,8 milyon insan ömürlük müalicə kursuna başlayıb. Bu ümidverici rəqəmləri Dünya Səhiyyə Təşkilatının (DST) ekspertləri Braziliyanın San-Paulu şəhərində keçirilən Ümumdünya Sammitində diqqətə çatdırıblar. Sammitin məqsədi ildə 1,3 milyon insan həyatına son qoyan hepatitin bu növünün miqyasının azaldılması istiqamətində ölkələri həlledici tədbirlər görməyə cəlb etməkdir.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, dünyada 325 milyon insan C hepatitinə tutulub. Yoluxanların təxminən 15-45 faizi müalicəsiz sağalsa da, 60-80 faizində xəstəlik xroniki formada olur. Xəstəliyə qarşı vaksin yoxdur, lakin onu hazırlamaq istiqamətində işlər davam etdirilir.
Damara narkotik vurulduğu ümumi şprisdən istifadə edilməsi, yoluxmuş qanın köçürülməsi, sterilizə olunmamış tibb alətlərindən istifadə olunması hepatitin bu növünə yoluxmağa gətirib çıxara bilər.
C hepatiti daha çox Şərqi Avropada və Aralıq dənizi regionunda yayılıb. O, İİV-ə yoluxmuş insanlarda müşahidə edilən əlavə infeksiyadır. DST hepatitin qarşısının alınması istiqamətində tədbirlər görməyi tövsiyə edir, habelə vaxtında analiz verməyin zəruriliyini vurğulayır.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...