Ucarda evə basqın olub, ev sahibi xəsarət alıb

Ucarda evə basqın edən şəxs ev sahibinə ağır xəsarət yetirib.

APA -nın yerli bürosunu xəbərinə görə, naməlum şəxs rayonun Abbas Səhhət küçəsi ev 27 ünvanına basqın edib. Həmin şəxs orada yaşayan 1962-ci il təvəllüdlü Svetlana Kamal qızı Cəbrayılovaya fiziki təzyiq göstərərək ağır xəsarət yetirib və onun üzərində olan 1000 manata yaxın pulu aparıb.
Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardım göstərilən qadın evə buraxılıb. Hadisəni törədən şəxsin tapılması istiqamətində rayon polis şöbəsində zəruri tədbirlər görülür.