“Dilçilik İnstitutu bir aya yeni orfoqrafiya lüğətinin tərtib prinsiplərini hazırlayaraq Orfoqrafiya Komissiyasının müzakirəsinə təqdim etməlidir”.
Bunu APA-ya AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
O bildirib ki, yeni lüğətinin tərtib prinsipləri Orfoqrafiya Komissiyasında müzakirə olunduqdan sonra təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək: “Orfoqrafiya lüğətinin tərtib prinsipləri Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra orfoqrafiya lüğəti nəşr edilə bilər”.
Akademik qeyd edib ki, əvvəlki ilə müqayisədə orfoqrafiya lüğətinin tərtib prinsiplərində müəyyən dəyişikliklərin edilməsi gözlənilir.
Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin yeni, 7-ci nəşrinin hazırlanması barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Orfoqrafiya lüğətinin hazırlanması üçün komissiya yaradılıb. Yeni lüğətin 2018-ci ilin may ayına kimi hazırlanması nəzərdə tutulub.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...