Millət vəkili Novruz Aslanov İsmayıllıda seçicilərini qəbul edib

Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonuna səfər edib.
N. Aslanov rayona səfəri zamanı seçicilərini qəbul edib. Qəbul deputatın İsmayıllı şəhərində yerləşən ofisində baş tutub.
Qəbula gələn sakinlər əsasən şəxsi məişət problemləri və sosial yönümlü problemlərlə bağlı deputata müraciət ediblər. Bəzi məsələləri yerindəcə həll edən millət vəkili həlli zaman tələb edən digər məsələlərlə bağlı əlaqədar qurumlara rəsmi  müraciət ediləcəyini bildirib.