Depressiyaya təsir edən hadisələr sırasında aldatmaq daha böyük yer tutur. Hətta cinsi xəyanət depressiyanın ən böyük səbəblərindən biridir. Ondan sonra isə həyat yoldaşının ölümü gəlir. Yəni, həyat yoldaşı tərəfindən xəyanət edilən insanlar, o ölərkən aldığı psixoloji travmadan daha çox yara alır.
Aldadılıb depressiyaya düşməyən çox az adam var. Sevgilisinin və ya həyat yoldaşının başqasına olan marağını görən tərəf özünün dəyərsiz və sevgiyə layiq olmadığını hiss edir. Bu hal həmin insanı özünü başqaları ilə müqayisə etməsinə səbəb olur. Cinsi xəyanətlə üzləşən insanların ən böyük səhvi budur. Aldadılan şəxsin daha bir səhvi də “Madam ki, sən məni aldatdın, mən də səni aldadaram” düşüncəsi ilə hərəkət etməsidir. Bizdə faiz çoxluğu ilə aldadılan tərəf qadınlar olur və onlar da mentalitetimizə görə bu cür intiqam almırlar.
Aldadılan qadınlar ya bunu ürəyinə atır, ya da boşanır. Kişinin peşman olduğu və bu cür davam edən münasibətlərdə, qadın yenə özünü günahlandırır və daim başqası ilə müqayisə edir.
Aldatmaq üçün sevginin azalması, yəni sevgili və ya həyat yoldaşının birgə olduğu şəxsə qarşı marağının azaldığını deməsi bəhanədir. Arvadını aldadan çox kişi “Mən artıq sənə qarşı heç nə hiss etmirəm, onu sevirəm” kimi səbəblər gətirir. Lakin sevgi dəyişkəndir, bir dönəm həyat yoldaşına qarşı heç nə hiss etməmək, o demək deyil ki, bu ömrün boyu belə davam edir. İnsanın xoşuna gəldiyi insanla yaxınlığı “Mənfəətim üçün olan hər şey doğrudur” düşüncəsi ilə hərəkət etməyi, heç düzgün deyil.
Həvəslərinin arxasınca gedən insan böyüməyən insandır və o heç vaxt xoşbəxt olmur. İnsanı əsl xoşbəxt edən şey onun ideallarının reallaşmasıdır. Dəqiq və gündəllik həvəslərlə yanaşı, mücərrəd idealları da ciddiyə alıb yaşayan insanlar, səhv etsələr də, bundan peşman olurlar. Bu səbəbə görə evlənəcək insanların həyat fəlsəfəsinın, mədəniyyət və həyatdakı məqsədlərinin uyğun olması çox önəmlidir.
Həyat fəlsəfəsi yalnız maddi zövqlərin üzərində qurulan insanlar evli olduqları müddətdə daha çox aldadır. Bu cür evliliklərdə iş həyatı və şəxsi zövqlər ön plandadır. 40 yaşından sonra, bir az da maddi vəziyyəti yaxşı olan bu cür insannlar “Dünyaya bir dəfə gəlirirk, bir güllə bahar olmaz” düşüncəsi ilə cinsəl həvəslərinin ardınca gedirlər. Çoxluq etibarı ilə bu davranış kişilərdə daha çox müşahidə olunur və qadının qərarı ilə ya evlilik davam edir, ya da bitir. Halbuki, insanlar evliliyin yalnız cinsəllikdən ibarət olmadığını və müqəddəs tərəflərinin olduğunu anlasa, aldatmağa meyl etməz. Zəiflik edib aldatsa belə, səhvini anlayar və evliliyini xilas etmək üçün hər şey edər.
Professor Nevzat Tarhan
Qaynarinfo.az