Braziliya yığmasının sabiq futbolçusu Robinyo maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı “Daily Mail”ə istinadən xəbər verir ki, “sambaçı” futbol tarixinin ən güclü oyunçusunun adını açıqlayıb.
Madrid “Real”ının keçmiş üzvü həmyerlisi Peleni hamıdan üstün tutub: “Bəziləri mənim “Qızıl top” mükafatını qazanacağımı gözləyirdi. Bundan xəbərim var. Pele sənin haqda danışanda insanlar ona qulaq asırlar. Məni onunla müqayisə edirdilər. Amma yeni Pele yoxdu və heç vaxt da olmayıb. O, dünyanın ən yaxşısıdı”.
Qeyd edək ki, Pele 3 qat dünya çempionudu. O, 1958, 1962 və 1970-ci illərdə mundialın qızıl medalına sahib çıxıb.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...