“Qarabağ”ın rəqibi satıldı

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la eyni qrupda mübarizə aparan “Atletiko” hissələrinin bir qismini satıb.Astarainfo.az -ın  Apasport.az-a istinadən məlumatına görə, bu barədə klub rəsmi saytı vasitəsilə açıqlama yayıb.

Bildirilib ki, klub hissələrinin 15%-ini “Quantum Pacific Group” alıb. İsraili biznesmen İdan Oferin böyük ortaq olduğu çoxmillətli korporasiyanın bu hissə üçün 50 milyon avro xərclədiyi də klub tərəfindən açıqlanıb. Əldə olunan anlaşmaya görə, bu məbləğ “Atletiko”nun fonduna keçəcək və bütün digər hissədarlar bundan faydalana biləcəklər.

Qeyd edək ki, 1903-cü ildə yaradılmış “Atletiko” dəfələrlə La Liqa çempionu və Kral Kubokunun qalibi olmuş, Çempionlar Liqasında final oynamış və Avropa Super Kubokunu qazanıb. Dünyanın müxtəlif ölkələrində 800-ə qədər tərəfdar təşkilatları olan “hindular”ın sosial mediada 24 milyondan çox izləyicisi var.