ABŞ komandanlığı: Türkiyə S-400 alarsa, NATO texnologiyalarını əldə etməsi məhdudlaşdırılaca

ABŞ Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Heydi Qrant Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alacağı təqdirdə, NATO texnologiyalarını əldə etməsinə məhdudiyyətlər tətbiq olunacağını açıqlayıb.

 APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, H. Qrant “Defence News”a açıqlamasında Türkiyəyə xəbərdarlıq edib: “Əgər Türkiyə S-400-ləri alarsa, NATO texnologiyalarına əlçatanlığına məhdudiyyətlər tətbiq ediləcək. Sonrakı mərhələdə Türkiyənin “F-35″ tipli 5-ci nəsil bombardmançı təyyarələri əldə etmə və istifadə imkanlarına qarşı tədbirlər görülə bilər”.

H. Qrant bildirib ki, S-400 anlaşmasının həyata keçirilməsi Türkiyə və NATO arasındakı hərbi işbirliyinə ciddi şəkildə təsir edəcək. Onun sözlərinə görə, NATO strategiyaları S-400 sistemlərinin istifadəsinə icazə vermir.