Azərbaycanlı iş adamı Rusiyada həbs olundu

Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində azərbaycanlı iş adamı həbs olunub.

Astarainfo.az-ın APA-ya istinadən məlumatına görə, Kazan şəhər Sovetski rayon polisi tərəfindən saxlanılan azərbaycanlı iş adamı, əslən Azərbaycanın Cəlilabad rayonundan olan Ağayev Namiq Aydın oğludur.
Rayon məhkəməsi onunla bağlı 2 aylıq həbs qətimkan tədbiri seçib.
N. Ağayev şəhərdə tikinti sektorunda çalışan iş adamları arasında baş vermiş silahlı insidentdə iştirakda ittiham olunur.
Rusiya Federasiyası İstintaq Komitəsinin yerli bölməsi tərəfindən istintaq aparılır.