İraqın paytaxtı Bağdadda törədilən partlayış nəticəsində azı 12 nəfər ölüb.
APA-nın məlumatına görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı İraqın Daxili işlər nazirliyinə istinadən xəbər verib.
Terrorçu-kamikadzelərin hücumu zamanı azı 30 nəfər yaralanıb. İlkin məlumata əsasən, terrorçu-kamikadzelərdən biri özünü partladıb, digəri hərbçilər tərəfindən zərərsizləşdirilib.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...