“Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbovun təcrübəsi dünya gimnastikasına böyük töhfədir”.
Astarainfo.az Mİlli.Az-a istinadən xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe deyib.
F.Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçkilərində qələbə qazanmaq şansından danışan M.Vatanabe qeyd edib ki, AGF-nin baş katibi Azərbaycanda uğurla baş tutan bir çox irimiqyaslı idman tədbirləri və beynəlxalq görüşlərin keçirilməsi təşəbbüsü ilə çıxış edib: “Onun təcrübəsi yalnız Avropa deyil, bütün dünyada gimnastikanın inkişafına böyük bir töhfədir”.
Dekabrın 2-də Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 50 üzvü XXVII Konqresdə UEG-nin yeni rəhbərini seçəcək.
Qeyd edək ki, F.Qayıbov iki dəfə (2008 və 2012-ci ildə) FIG Şurasına seçilib, hazırda isə UEG-nin vitse-prezidentidir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...