Oktyabr ayı ərzində avtomobil bazarında satışlarda, eləcə də “online” avtomobil satışlarında aktivlik çox aşağı səviyyədə olub.

 

 

 

V.Hüseynovun sözlərinə görə, bazarda təklif artıb, aktivlik isə aşağı düşüb.

 

Ekspert bildirib ki, buna baxmayaraq ay ərzində maşın bazarında qiymətlərdə ciddi dəyişiklik müşahidə olunmayıb:

 

“Maşın bazarında qiymətləri əsasən avtomobil alqı-satqısı ilə məşğul olanlar tənzimləyir. Aktivlik olanda avtomobil baha satılmır. Hazırda qiymətlər ciddi dəyişməyib”.

 

Ekspert hesab edir ki, dekabr ayında qiymətlərdə 10 faizə qədər azalma ehtimalı var.

 

O qeyd edib ki, avtomobil satanlar bayram ərəfəsində bir az ucuz da olsa, avtomobilini satmağa çalışacaq və bu baxımdan da qiymətdə azalma müşahidə ediləcək.