Astarainfo.az Lent.az-a istinadən xəbər verir ki, İsrailin məşhur “Haaretz” qəzeti İsrailə məxsus qırıcı təyyarələrin İranın Suriyadakı bazasına zərbələr endirdiyini yazıb.
Qəzetin yazdığına görə, Livanın hava məkanından keçən İsrail təyyarələri Suriya paytaxtı Dəməşqin yaxınlığındakı İran hərbi bazasını hədəf alıb. Dəməşqin 13 kilometrliyində yerləşən “El Kisva” bazasında böyük partlayışlar baş verib. bundan sonra paytaxtın və ətraf məntəqələrin əksəriyyətinin elektrik təchizatı da dayanıb.
Hücumla bağlı rəsmi Dəməşq və İran hələlik açıqlama verməyib.
Qeyd edək ki, bir müddət əvvəl BBC İranın Dəməşq yaxınlığında hərbi hava bazası yaratdığını yazmışdı.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...