Mixeil Saakaşvili saxlanılıb.
Bu barədə unian.net-ə Yuriy Derevyanko məlumat verib.
O, yaşadığı bunanın damında saxlanılıb.
***
11:24
Gürcüstanın sabiq prezidenti, “Yeni qüvvələr hərəkatı”nın lideri Mixeil Saakaşvili mənzilinə Ukraynanın Təhlükəsizlik xidmətinin əməkdaşları gəldiyi üçün yaşadığı evin damına çıxıb, özünü səkkizinci mərtəbədən atacağını bildirib.
  Bu barədə “1+1” telekanalı məlumat yayıb.
“Hazırda Saakaşvili evin damındadır və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışıqlar aparır. Siyasətçi ona toxunsalar, özünü damdan atacağını deyir”, – deyə məlumatda bildirilir.
***

11:03

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin Kiyevdəki mənzilinin qapısı sındırılır.

  Bu barədə onun yaxın dostu, baş prokurorun sabiq köməkçisi David Sakvarelidze özünün “Facebook” səhifəsində yazıb.

“Mixeil Saakaşvilinin evinin qapısını sındırırlar! Kostelnaya küçəsi!”, – Sakvarelidze yazıb.

“NewsOne” telekanalına müsahibəsində o, qapının Ukraynanın təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən sındırıldığını ehtimal edib.Oxu.az